EN

MAQATE nümayəndələri Tehrana səfər edəcək

BAKI, 3 avqust. TELEQRAF

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumatı görə, danışıqlarda məsələnin siyasi tərəfi diqqət mərkəzində olacağından nümayəndə heyətinə müfəttişlər daxil olmayacaq.

Gözlənilir ki, tərəflər agentliklə əməkdaşlığın dayandırılması ilə bağlı parlamentin qəbul etdiyi qanunun icra mexanizmlərini müzakirə edəcəklər.

Yada salaq ki, iyulun 2-də İran prezidenti Məsud Pezeşkian MAQATE ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb.

Chosen
38
3
teleqraf.com

10Sources