EN

Vuçiç Putinlə Çində görüşəcəyini açıqladı

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, sentyabrın 1-dən 6-dək Çinin Yaponiya təcavüzü üzərində qələbəsinin 80-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün Pekin səfərində o, Rusiya Prezidenti Vladimir Putinlə görüşə bilər.

Axar.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Serbiya liderinin sözlərinə görə, tədbirdə ABŞ Prezidenti Donald Trampın da iştirak etməsi ehtimalı var:

"Szinpin sentyabrın 3-də şam yeməyi verir və hər kəs orada olmalıdır, mənə dedilər ki, dünyanın əsas liderlərindən biri Çində şam yeməyi verəcək. Ona görə də məndən ayın 5-nə qədər orada qalmağımı istədilər. Təhlükəsizlik baxımından kimdən bəhs olunduğu hələ açıqlamırlar".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
1
axar.az

2Sources