EN

İtaliya nəhənginin təklifi rədd edildi

“Atalanta” klubunun hücumçusu Ademola Lukman komandadan ayrılmaq üçün rəhbərliyə transfer sorğusu təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

“İnter” 2025/26 mövsümü üçün nigeriyalı futbolçunu icarəyə götürmək və daha sonra 40 milyon avroya transfer etmək təklifi ilə “Atalanta”ya müraciət edib. Lakin Berqamo təmsilçisi bu təklifi rədd edib.

Lukman Milan klubuna keçmək istədiyini bildirərək, “Atalanta” rəhbərliyindən onun gedişinə icazə verilməsini istəyib.

Chosen
35
publika.az

1Sources