EN

“Barselona” sentyabr ayında “Real”la iki oyun keçirəcək

“Barselona”nın əfsanlərindən ibarət komanda cari ilin sentyabr ayında ABŞ-da “Real”ın əfsanələri ilə iki yoldaşlıq görüşü keçirəcək.

Arena.az bu barədə “Barselona”nın mətbuat xidmətinə istinadən məlumat verir.

Oyunların sentyabr ayının 9-u və 13-ü tarixlərinə təyin edildiyi bildirilir.

İlk oyun MSL təmsilçisi “Nyu-York Red Bullz”un ev stadionu, 25 min nəfər tutuma malik “Red Bull Arena”da baş tutacaq. İkinci oyun isə “İnter Mayami”nin ev stadionu, 21550 nəfər tutuma malik “Di-Er-Vi Pi-En-Ka Stedium”da keçiriləcək.

Oyunalarda iştirak edəcək əfsanələrin adları isə sonra açıqlanacaq.

Chosen
16
arena.az

1Sources