EN

Minlərlə qaqauz Qutsulun müdafiəsinə qalxdı

Minlərlə qaqauz Komratda Kişinyovda həbs edilmiş və ev dustaqlığında olan muxtariyyət rəhbəri Yevgeniya Qutsulu müdafiə etmək üçün toplaşıb.

Axar.az xəbər verir ki, bu barədə TASS-a aksiyanın təşkilatçılarından biri, muxtariyyət rəhbərinin müşaviri Mixail Vlah məlumat verib.

“Polisin maneələrinə baxmayaraq, görüşə 5 minə yaxın vətəndaş toplaşıb. Biz buraya Kişinyov hakimiyyətinin Qaqauziyaya qarşı qanunsuzluğuna və özbaşınalığına "yox" demək üçün toplaşmışıq”, - o qeyd edib.

Aksiya Moldovanın, eləcə də muxtariyyətin himnlərinin səsləndirilməsi ilə başlayıb.

Chosen
5
4
axar.az

6Sources