EN

Netanyahu: "İsrailli girovlar sistematik olaraq aclıq çəkirlər"

İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) regional ofisinin rəhbəri Julien Lerissondan Qəzza zolağında girovları lazımi dərman və ərzaqla təmin etməyi xahiş edib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, avqustun 3-də o, BQXK-nın nümayəndə heyətinin rəhbəri ilə danışıqlar aparıb və ondan vəziyyətə dərhal müdaxilə etməyi xahiş edib.

Baş nazir qeyd edib ki, HƏMAS-ın "aclıq" iddialarına baxmayaraq, girovlar həm fiziki, həm də psixoloji işgəncələrə məruz qalır və sistematik olaraq aclıq çəkirlər.

Bundan əlavə, Netanyahu beynəlxalq ictimaiyyəti HƏMAS və Fələstinin İslami Cihad qruplaşmasının hərəkətlərini pisləməyə və bu təşkilatlara istənilən formada birbaşa və ya dolayı dəstəyi dayandırmağa çağırıb.

Chosen
21
2
publika.az

2Sources