EN

Yeni transferlər Zaur Axundovun xoşuna gəldi: “Öz işlərini yaxşı bilirlər”

"Bu, bütün komandanın uğuru idi".

Sportinfo.az xəəbər verir ki, bunu "Naxçıvan TV"yə açıqlamasında Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov deyib.

Funksioner "Araz-Naxçıvan"ın Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan təmsilçisi "Aris"i mübarizədən kənarlaşdırmasına münasibət bildirib:

"Başda məşqçilər, oyunçular və bütün heyətə təşəkkür edirik. Mən də hər naxçıvanlı kimi sevinirəm.

Komandamız ilk dəfə avrokuboklara vəsiqə qazanıb və debütdə qalibiyyət əldə etdi".

Axundov heyətin 60-70 faizinin dəyişdiyini xatırladıb

: "Çox peşəkar oyunçular dəvət olunub. Motivasiya öz yerində. Öz işlərini yaxşı bilirlər.

Daha bundan da böyük azarkeş kütləsi qarşısında çıxış ediblər. Öz peşəkarlıqlarını Yunanıstanda bir daha göstərdilər. 25 min azarkeşin qarşısında futbol oynadılar".

Bakıdac "Aris"i 2:1 hesabı ilə üstələyən "Araz-Naxçıvan" səfərdə rəqibi ilə bərabərə qalıb - 2:2.

Chosen
13
sportinfo.az

1Sources