EN

Ağcaqanadları belə məhv edin!

ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yay aylarının ən böyük kabuslarından olan ağcaqanadlar xüsusilə gecələr rahat yatmağa imkan vermir. Bu zərərvericilər daim dişləyərək bizi qaşındırır və yuxusuz gecələrə səbəb olurlar.

Ancaq bəzi təbii üsullarla ağcaqanadlardan qorunmaq mümkündür.

Musavat.com həmin üsulları təqdim edir:

Limon və mixək: Limonun turş tərkibi və mixəyin tərkibindəki efir yağları ağcaqanadları narahat edir və onların uzaqlaşmasına səbəb olur. Bu üsulu tətbiq etmək üçün limonu ortadan iki yerə bölün, kəsik hissəsinə bir neçə ədəd mixək batırın, yatağınızın yuxarı hissəsində saxlayın.

Lavanda yağı: ağcaqanadlar lavanda qoxusunu sevmədiyi üçün ondan uzaqlaşmağa çalışırlar. Üstəlik, lavanda yağı dəridə yumşaldıcı təsir də göstərir. Bu yağı bir az zeytun yağı ilə qarışdırıb dərinizə çəksəniz, gecə boyu ağcaqanadlardan qorunmuş olarsınız.

Alma sirkəsi: Alma sirkəsinin kəskin qoxusu ağcaqanadları uzaqlaşdıran təbii vasitələrdən biridir. Bu üsuldan faydalanmaq üçün bərabər miqdarda alma sirkəsi və suyu sprey şüşəsinə tökün. Qarışığı dərinizə səpməyiniz kifayətdir.

Nanə yağı: Nanə yağının sərinləşdirici təsiri həm isti yay gecələrində rahatlıq bəxş edir, həm də ağcaqanadları uzaqlaşdırmağa kömək edir. Bu üsul üçün 1-2 damcı nanə yağını kokos yağı ilə qarışdıraraq dərinizə çəkə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
2
news24.az

3Sources