ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Yəmən sahillərində azı 20 qeyri-qanuni miqrant həyatını itirib.
Oxu.Az "Anadolu"ya istinadən xəbər verir ki, ölkənin cənubundakı Ebyen əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq əlverişsiz hava şəraiti səbəbindən aşıb.
Dəhşətli qəzada onlarla insanın itkin düşdüyü bildirilir. Onların taleyi hələ də məlum deyil.
Sərnişinlərin əsasən efiopiyalı qeyri-qanuni miqrantlardan ibarət olduğu bildirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.