EN

“Qarabağ”ın bəxtinə kim düşsün? Qurban Qurbanov bunlara gücünü göstərib ki...

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Sabah, Bakı vaxtı ilə saat 14.00-da İsveçrənin Nyon şəhərində avrokubokların pley-off mərhələsinin püşkü atılacaq. Püşkü səbirsizliklə və həvəslə gözləməyə dəyər. Ona görə ki...Avqustun 5-i və 12-də “Şkendiya” ilə qarşılaşacaq “Qarabağ”a ümidlərimiz sonsuzdu. Ağdamlılar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Şimali Makedoniya çempionunu sıradan çıxarmağa, Avropa Liqasına göndərməyə borcludu. Allah bizi Cici Bekalinin gününə salmasın, gəlin təsəvvür edək ki, “Şkendiya”nı keçmişik, pley-offa hazırlaşırıq. Bəs püşk hansı komandanı “Qarabağ”ın yoluna çıxara bilər?“Bude/Qlimt” (Norveç)“Seltik” (Şotlandiya)“Malmö” (İsveç)/“Kopenhagen” cütünün qalibi“Lex” (Polşa)/“Srvena Zvezda” cütünün qalibi“Ludoqorets” (Bolqarıstan)/“Ferentsvaroş” cütünün qalibi.Göründüyü kimi, heç birinin adından əzəmət yağmır. “Qarabağ” müxtəlif illərdə “Srvena Zvezda”dan başqa bu komandaların hər biri ilə qarşılaşıb. Statistika da “gəl-gəl” deyir. “Kopenhagen”, “Lex”, “Ludoqorets”, “Ferentsvaroş” iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb. “Qarabağ” ötən il Avropa Liqasının əsas mərhələsində “Malmö”yə 1:2 uduzub, “Bude/Qlimt”ə eyni hesabla qalib gəlib. Qaldı bircə “Seltik”. Ağdamlıların bu komanda ilə də yolu kəsişib. Çempionlar Liqasının 2015/16 mövsümündə Qlazqoda 0:1 uduzmuşuq, ev oyunu 0:0 bitib. Bir sözlə, sabahkı püşkatma ilə bağlı xoş xəyallar qurmaq olar. Amma həmin xəyallara çatmaq üçün əvvəlcə “Şkendiya”nı keçmək lazımdı.ORXAN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
1
icma.az

2Sources