Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan "Şamaxı" və "Sumqayıt" komandaları yoxlama oyununda qüvvələrini sınayıblar.
İdman.biz xəbər verir ki, qarşılaşmanın taleyini bir qol həll edib.
"Şamaxı" yeni isveçrəli hücumçusu Karim Rossinin dəqiq zərbəsi sayəsində qalib gəlib - 1:0.
İdman.biz