EN

Semih Kılıçsoy “Kalyari”yə keçdi

Türkiyə millisinin və “Beşiktaş”ın gənc hücumçusu Semih Kılıçsoy karyerasını İtaliyada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə,  A Seriyasının “Kalyari” klubu 19 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalayıb. Bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Gənc hücumçu 2025/26 mövsümündə “Kalyari”nin formasını icarə əsasında geyinəcək. Klubun mövsümün sonunda Semihi 12 milyon avro qarşılığında transfer etmək hüququ var.

Fərid Nəsibov

Chosen
21
idmanxeber.az

1Sources