EN

Güclü qar Avstraliyada həyatı iflic edib

Güclü

Avstraliyanın Yeni Cənubi Uels əyalətində (NSW) yağan güclü qar və daşqın nəticəsində yollar bağlanıb və bəzi məhəllələrdə elektrik enerjisi kəsilib.

Xalqcebhesi.az xəbər verir ki, Sky News-un məlumatına görə, Avstraliya Meteorologiya Bürosunun meteoroloqu Miriam Bredberi ştatda qarın qalınlığının 40 santimetrə çatdığını və bunun 1980-ci illərdən bəri ən güclü olduğunu bildirib.

Bredberi, həm NSW, həm də Kvinslenddə qarın son 10 ildə ilk dəfə yağdığını bildirib.

NSW polisi, Hunter Vadisində sel suları tərəfindən aparılmış bir nəfərin axtarış-xilasetmə əməliyyatının davam etdiyini bildirib.

NSW Fövqəladə Hallar Xidməti açıqlamasında bildirib ki, qar yağışı, şiddətli yağış və fırtına həyatı alt-üst edib, 100-dən çox avtomobil əsas yollarda qapalı qalıb və minlərlə evdə elektrik kəsilib.

Ştat rəsmiləri bəzi ərazilər üçün daşqın xəbərdarlığı edib və New England bölgəsinin sakinlərinə daşqın səbəbindən təxliyyə etməyi tövsiyə edib.

Məryəm Quliyeva

Chosen
29
1
xalqcebhesi.az

2Sources