AĞDAŞ, 3 avqust. TELEQRAF
Ağdaş rayonunda yol qəzası baş verib.
Teleqraf-ın Mərkəzi Aran Bürosu xəbər verir ki, hadisə rayon mərkəzində Heydər Əliyev prospektində baş verib.
Minik avtomobillərinintoqquşması zamanı baş nahiyəsindən xəsarət alan 1959-cu il təvəllüdlü rayon sakini Məmmədova Gilə Fərman qızı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.