Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
APA-nın yerli bürosu xəbər verir ki, bu gün saat 18 radələrində Gədəbəy rayonunun Şahdağ kəndinin dağlıq ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Vüsal Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.
Nəticədə sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüb.
Avtomobildə olan digər 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
***
19:07
Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.
Hərəkətdə olan "Kia" markalı minik avtomobili idarəetmədən çııxıb. Nəticədə avtomobil dərəyə aşıb.
Qəza nəticəsində rayonun Çiçəkli kənd sakinləri 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüldü Asəf Tapdıqov həyatını itirib. Sürücü 1990-cı il təvəllüdlü Vüsal Məmmədov, 2021-ci Renat Məmmədov və 2020-ci il təvəllüdlü Amil Məmmədov isə xəsarət alıblar.
Hadisə yerinə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.