EN

Britaniya Qəzzadan 300 ağır xəstə uşağın təxliyyəsini planlaşdırır

Böyük Britaniya hökuməti Qəzza zolağından 300-ə qədər ağır xəstə uşağın dövlət klinikalarında müalicə olunması üçün təxliyyə planı hazırlayır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, proqramın detalları yaxın həftələrdə rəsmi şəkildə açıqlanacaq.

Layihə üzərində Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi, daxili işlər naziri İvet Kuper və səhiyyə naziri Uez Striçinq birgə çalışırlar.

Qeyd olunur ki, Qəzzadan hər bir uşaq valideynlərindən biri ilə birlikdə Britaniyaya gətiriləcək.

Chosen
26
2
nocomment.az

10Sources