"McLaren" komandasının britaniyalı pilotu Lando Norris "Formula-1" üzrə Dünya Çempionatının 14-cü mərhələsi olan Macarıstan Qran-prisində qalib gəlib.
Avtosfer.az xəbər verir ki, yarış Hunqarorinq dairəsində keçirilib.
Onun komanda yoldaşı avstraliyalı Oskar Piastri ikinci olub. İlk üçlüyü "Mercedes" komandasından britaniyalı Corc Rassel tamamlayıb.