ain.az, Footbal-plus saytına istinadən bildirir.
Mövsümə istədiyi kimi başlaya bilməyən və ''Şaxtyor'' qarşısında hər iki oyunda aciz qalaraq fanatlarını məyus edən ''Beşiktaş''la bağlı xəbərlər var. Klubdan baş məşqçi mövzusunda açıqlama verilib. Belə ki, klubun rəsmi bəyanatında Ole Qunnar Sulşerin istefaya göndəriləcəyi və onun yerinə Nuri Şahinin gətiriləcəyi ilə bağlı yayılan xəbərlər təkzib olunub. Əslində bu, yeni xəbər deyil. ''Beşiktaş'' hələ evdəki ilk oyunda ''Şaxtyor''a uduzduqdan sonra Nuri Şahinlə bağlı iddialar ortaya atılmışdı. Şənbə günü isə tanınmış insayder Fabritsio Romano bununla bağlı xəbər paylaşdıqdan sonra türkiyəli həmkarlarımız məhz ona istinadən Sulşerin Şahin ilə əvəzlənəcəyini iddia etmişdilər. Amma göründüyü kimi bu xəbər həqiqəti əks etdirmir. Digər xəbər isə Semih Kılıçsoy ilə bağlıdı. Gənc forvardın ''Kalyari''yə transferi rəsmən açıqlanıb. A seriyası təmsilçisi istedadlı futbolçunu 1 milyon avro qarşılığında icarəyə götürüb. ''Kalyari'' Semihi daimi əsasda transfer edə bilmək haqqını da ələ keçirib. Klub bu haqdan yararlanmaq istəsə, gələn yay ''ağ-qaralar''a əlavə 12 milyon avro ödəməli olacaq. Bundan başqa müqavilədə 2 milyon avroluq bonus və növbəti satışdan 20 faiz pay maddəsi də mövcuddu. İstanbul nəhənginin öz yetirməsi olan, 10 yaşından akademiyada böyüyən və 2022-ci ildən əsas komandada olan Semihin ''Beşiktaş'' karyerası 87 oyun 16 qol, 9 məhsuldar ötürmə göstəricilərindən ibarət oldu. Onu da bildirək ki, ''qartal'' ''Milan''lı Samuel Çukvueze və ''Əl-Əhli''nin üzvü Frank Kessye ilə danışıqlar aparır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.