EN

SON DƏQİQƏ: Tərtərdə su kanalında 4 nəfərdən 3-ü xilas edildi - Birinin meyiti tapıldı

Tərtər ərazisində su kanalında axına düşən dörd nəfərdən üçü xilas edilib. Bir nəfərin isə meyiti tapılıb.

Bizim.Media xəbər verir ki, rayonun Cəmilli kendi ərazisində baş verən hadisə zaman xilas edilənlərdən biri - Bərdə rayon Körpüqıran kənd sakini 1976-cı il təvəllüdlü Zamanov Asim Məhəmməd oğlunun vəziyyətinın stabil olduğu bildirilir.

Digər şəxslərin isə həyatı təhlükəsinin olmadığı deyilir.

Digər bir nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib. Onun meyiti Suqovşan-Goranboy magistral suvarma kanalının Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Chosen
11
3
bizim.media

8Sources