EN

Tomaşevski: “Levandovski “Barselona”dan çıxıb-getsə yaxşıdır”

Polşa yığmasının keçmiş qapıçısı Yan Tomaşevski həmyerlisi, “Barselona”nın 36 yaşlı ulduz hücumçusu Robert Levandovski haqda söhbət açıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, Tomaşevski “Lyova”nın “Barselona”dan çıxıb getməli olduğu qənaətindədir.

“Gəlin, həqiqətin gözlərinə baxaq, bu, sondur. Robert komandada elə də şöhrətli deyil, “Barselona”nın ən yaxşı oyunçuları isə ona top vermirlər. Robertə bu klubdakı karyerasının dövrünə məhz indi xitam vermək və daha az tələbkarlığı olan komandaya keçmək gərəkdir, məsələn, Səudiyyə Ərəbistanından bir kluba. Messi istisna olmaqla, dünyanın ən yaxşı oyunçuları belə ediblər.

Əlbəttə, Levandovski qalmaq hüququna tamamilə malikdir, amma o, başa düşməlidir ki, növbəti mövsümdə o, ehtiyat oyunçu olacaq”, deyə Tomaşevski vurğulayıb.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 52 oyuna çıxıb, 42 qol vurub və 3 məhsuldar ötürmə verib.

Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 147 oyun, 101 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 158 oyun keçirib, 85 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Chosen
57
arena.az

1Sources