Ukrayna Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”-da paylaşımında bildirib.
General-leytenant Anatoliy Krivonojko Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.
İki gün əvvəl Nikolay Oleşuk Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edilib.