EN

Fransalı general Rusiyadan gələn təhlükə barədə xəbərdarlıq etdi

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Fransız general Thierry Burkhardt Rusiyadan ehtimal olunan təhlükə barədə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, onun sözlərini “The Economist” nəşri dərc edib.

Burkhard Rusiya Silahlı Qüvvələrinin yüksək döyüş təcrübəsini, onların sayının çoxluğunu və xalqın dözümlülüyünü qeyd edib. O, bildirib ki, rus xalqı hələ çox dözəcək. Fransa hərbi lideri vurğulayıb ki , Rusiya çox sürətlə silahlanır və beş il ərzində Avropa üçün “real təhlükə” ola bilər.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, Avropa İttifaqı öz siyasətinə yenidən baxmalı və Rusiya təhlükəsi mifinə əsaslanmağa son qoymalıdır, çünki bu, mövcud deyil.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
45
globalinfo.az

1Sources