EN

Avstraliyada nadir görülən güclü qar - İllər sonra ilk dəfə

Avstraliyaya güclü qar yağıb.

Sherg.az xəbər verir ki, hazırda qış fəsli olsa da, bu qədər qar yağması qış mövsümü üçün xarakterik deyil. Gözlənilmədən yağan qar bir çox bölgələrdə çaşqınlığa və xaosa səbəb olub.

Yerli sakinlər həyəcanla qar şəkilləri çəkir, qardan adam düzəldir və təpələrdən sürüşərək əylənirlər. Lakin vəziyyət mövcud aidiyyəti qurumlar üçün ciddi çətinliklər yaradır.

Güclü qar bəzi bölgələrdə elektrik enerjisinin kəsilməsinə səbəb olub, yollarda isə onlarla qəza qeydə alınıb. Avstraliyada, xüsusilə dağlıq və buzlu yollar istisna olmaqla, qış şinlərindən demək olar ki, istifadə olunmur.
Chosen
31
1
sherg.az

2Sources