Ukrayna Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da paylaşım edib.
Onun sözlərinə görə, general-leytenant Anatoliy Krivonojko Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.
Qeyd edək ki, iki gün əvvəl Nikolay Oleşuk Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edilib.
Bizim.Media