EN

Əri əsgərlikdə olan 20 yaşlı qadın itkin düşdü- VİDEO

Xəzər rayonunun Buzovna qəsəbəsində 20 yaşlı Şəfa Nüsrət qızı Bayrızadə itkin düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə onun əmisi Ülfət Bayrıyev oxu.az-a məlumat verib.

O vurğulayıb ki, qardaşı qızı iyulun 28-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Əmisi, həmçinin bildirib ki, Şəfa Bayrızadənin bir övladı var və onun həyat yoldaşı hazırda hərbi xidmətdədir.

Onu görənlərdən bu nömrə ilə əlaqə saxlamaları xahiş olunur: 077 634 02 01.

Buzovnada

 

Chosen
81
6
redaktor.az

7Sources