Azərbaycanın dörd cüdoçusu Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında keçirilən Avropa Kubokunun ilk yarış günündə fəxri kürsüyə qalxıb.
Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nihad Məmişov (60 kq) və Əbil Yusubov ( 73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar.
Son Yazılar:
- Cüdoçularımız Avropa Kubokunun ilk günündə dörd medal qazandı
- Yaşayış binasında yanğın – Xəsarət alan var
- İsrailin hücum təhlükəsi qalıb – İran
Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medala sahib olublar.
İki qızıl, bir gümüş və bir bürünc medala malik Azərbaycan ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turnirə 26 ölkədən 226 idmançı qatılıb.