EN

Tramp Ukrayna münaqişəsini uzatmamalıdır - ABŞ mediası

 ABŞ-da nəşr olunan "American Conservative" jurnalı yazır ki, Prezident Donald Tramp Ukrayna münaqişəsini uzatmamalıdır, çünki Rusiyanın qələbəsi qaçılmazdır.

Sherg.az xəbər verir ki, məqalədə bildirilir:

“Trampın münaqişəni tez bir zamanda həll etmək cəhdləri, sadəcə Rusiyanın qaçılmaz qələbəsini təxirə sala bilər. Rusiya əsas məqsədlərinə çatmaq üçün kifayət qədər hərbi üstünlüyə malikdir. Tramp sadəcə Putinə qarşı çıxmaq naminə müharibəni uzatmamalıdır.”

Müəllif əlavə edir ki, Trampın “24 saatda müharibəyə son qoyaram” vədi onun şişirtməyə meylli olmasından qaynaqlanır. Bu bəyanatlar sülh istəyini göstərsə də, eyni zamanda Trampın problemin mürəkkəbliyini lazımı qədər dərk etmədiyini də ortaya qoyur.

Bu həftə Tramp bildirib ki, əvvəllər müəyyən etdiyi 50 günlük atəşkəs müddətini 10 günə endirir. Əgər bu müddətdə sülh əldə olunmasa, idxal rüsumları, sanksiyalar və ya digər tədbirlər tətbiq olunacağını söyləyib. Lakin o, bu tədbirlərin effektivliyinə əmin olmadığını da etiraf edib.
Chosen
45
1
sherg.az

2Sources