Kamçatkadakı Kraşeninnikov vulkanı 500 ildən sonra ilk dəfə püskürməyə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə bu barədə “Skay Nyus” məlumat yayıb.
Məlumata görə, vulkanın püskürməsi avqustun 2-də baş verib.
Bildirilib ki, vulkanın külləri 5-6 km hündürlüyə qalxıb.
Almimlər bunun bir neçə gün öncə baş vermiş 8.8 bal gücündəki zəlzələ ilə əlaqələndirirlər.
Sonuncu dəfə Kraşennikov vulkanı 1463-cü ildə püskürmüşdü.
Qeyd edək ki, bundan öncə Kamçatkadakı Klyuçevskaya vulkanı da püskürmüşdü.