EN

Anormal istilər Avropada AES-lərin fəaliyyətini məhdudlaşdırdı

​BAKI, 3 avqust. TELEQRAF

Avropanın bir sıra atom elektrik stansiyaları (AES) anomal istilər səbəbindən enerji istehsalını azaltmağa və ya müvəqqəti fəaliyyətini dayandırmağa məcbur olub.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Nəşrin məlumatına görə, 2025-ci ilin iyun ayı Qərbi Avropada tarixin ən isti ayı olub. İstilərin təsiri ilə kondisionerlərin kütləvi istifadəsi enerji sisteminə ciddi yük yaradıb.

Eyni zamanda, yüksək temperatur reaktorların soyudulmasını çətinləşdirdiyindən bəzi AES-lər (xüsusilə Fransa və İsveçrədə yerləşən stansiyalar) fəaliyyətlərini azaldıb və ya tamamilə dayandırıb.

Chosen
44
2
teleqraf.com

10Sources