EN

Araz Naxçıvan ın Aris i mübarizədən kənarlaşdırması mənim üçün sürpriz olmadı

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

"Araz-Naxçıvan"ın "Aris"i mübarizədən kənarlaşdırması mənim üçün sürpriz olmadı. Hələ birinci oyundan öncə də təmsilçimizə inandığımı bildirmişdim".

Bu sözləri Fanat.Az-a açıqlamasında tanınmış məşqçi Füzuli Məmmədov deyib.

O, Naxçıvan təmsilçisinin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstan komandasını üstələməsini (2:1, 2:2) belə şərh edib:

"Araz" evdəki qarşılaşmada rəqibindən yaxşı oynamış, onlardan qorxmadığını isbatlamış və geridönüşlə qələbə qazanmışdı. Səfər matçında da düzgün taktika seçmişdilər. Əlbəttə, komandamızın məşqçilər korpusu "Aris"in öz meydanında daha aqressiv oyun sərgiləyəcəyinin fərqində idi. Buna baxmataraq, sistemi dəyişməmişdilər. "Araz-Naxçıvan" matça düzgün oyun planı ilə başladı və ilk yarıda vurduğu iki qolla rəqibinə ağır psixoloji sarsıntı yaşatdı. Qırmızı vərəqə olmasaydı (İqor Ribeyro 52-ci dəqiqədə meydandan qovulub - red.), Yunanıstanda da qələbə qazana bilərdilər. Hətta "qırmızı"dan sonra da komandamız oyun planını pozmadı. Yalnız matçın sonlarında, rəqib cərimə meydançasına uzun ötürmələr etdiyi zaman kəsiyində oyun planı dəyişdi ki, bu da başadüşüləndir. Cəsarətlə müdafiə olunub layiqli qələbə qazandılar. Növbəti rəqib "Omoniya"dır. Təəssüf ki, "Araz"ın bir neçə futbolçusu cəzalı duruma düşüb. Amma Kipr komandasını itkilərlə də keçə bilərlər".

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
fanat.az

2Sources