Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün inzibati rəhbər və icraçıvəzifələr üzrə dövlət qulluğu imtahanları keçirəcək.
Trend xəbər verirki, imtahanlar AB, AC, BA, BB vəzifə altqruplarını əhatə edəcək vəelektron qaydada təşkil olunacaq.
İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələnlərimtahana buraxılmayacaqlar.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanvermək üçün AB qrupu üzrə 2, AC qrupu üzrə 6, BA qrupu üzrə 50, BBqrupu üzrə isə 140 olmaqla, ümumilikdə 198 namizəd qeydiyyatdankeçib.
İmtahan saat 16:00-da elektron qaydada təşkil olunacaq və 2 saat30 dəqiqə davam edəcək. Saat 15:45-dən sonra gələnlər imtahanaburaxılmayacaqlar.
Bu imtahanlara gələn namizədlər şəxsiyyəti təsdiq edən sənədinəslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.
İmtahanların keçirilməsi üçün 11 imtahan rəhbəri, 63 nəzarətçivə 11 buraxılış rejimi əməkdaşı ayrılıb.