EN

Dörd ölkə arasında təbii qaz boru kəməri istismara verildi

Türkiyə, Azərbaycan, Qətər və Suriya “Türkiyə-Suriya Təbii Qaz Boru Kəməri”nin istifadəyə verilməsi ilə bağlı birgə bəyanat yayıblar. Bu barədə Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi “X” sosial media platformasında məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, dörd ölkə arasında əlaqələrin dərinləşdirilməsi məqsədi daşıyan layihə rekord müddətdə başa çatdırılıb və Suriyanın 2024-cü ilin dekabrında baş verən hadisələrdən sonra yenidənqurma və normallaşma prosesinə mühüm töhfə verəcək.

Məlumata əsasən, Türkiyənin Kilis vilayəti ilə Suriyanın Hələb şəhərini birləşdirən, gündəlik ötürmə gücü 6 milyon kubmetr olan boru kəməri 2 avqust 2025-ci ildə rəsmi olaraq istismara verilib.

Qətər dövləti bu təşəbbüsə Qətər İnkişaf Fondu vasitəsilə dəstək göstərib. Fonddan bildirilib ki, layihə çərçivəsində Suriyada elektrik enerjisi istehsalının artırılması məqsədilə maliyyə və texniki yardım göstərilir.

Hələb Elektrik Stansiyasına təbii qazın çatdırılması ilə ölkədə elektrik təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşacağı gözlənilir.

 

Chosen
27
1
anews.az

2Sources