Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov vəfat edib.
Senzor.az bildirir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Məlumata görə, o, avqustun 2-də müalicə olunduğu Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib.
Qeyd edək ki, Ənvər Seyidov 1949-cu il martın 29-da anadan olub. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin, 2000-ci ildən Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin, 2011-ci ildən 2019-cu ilədək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində işləyib.
Birinci ixtisas dərəcəli hakim, hüquq elmləri doktoru olan Ə. Seyidov Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru idi.