EN

Nazim 100 dollar qazandı

Qazaxıstanın Almatı şəhərində atletika üzrə XXXIV Qosanov Memorialına start verilib.

Sportinfo.az xəbər verir ki, Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 15 ölkəni təmsil edən 150-dən artıq idmançı iştirak edir.

İlk yarış günündə mübarizəyə qoşulan Azərbaycan atletlərindən Nazim Babayev 7,48 metr uzununa tullanıb.

Bu göstərici ilə Babayev beynəlxalq turnirdə 3-cü yeri tutub. Ona bürünc medal və 100 dollar pul mükafatı verilib.

Nazim Babayev avqustun 3-də üç təkanla tullanma növündə də mübarizə aparacaq.

Chosen
11
sportinfo.az

1Sources