EN

Polşa Belarusla sərhəddə elektron baryerin tikintisini başa çatdırıb

Polşanın Lyublin voyevodalığında Belarus ilə sərhədin su hissəsində elektron baryerin tikintisi başa çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Polşanın Daxili İşlər və İdarəetmə naziri Marçin Kervinski bildirib.

"Bir il yarım intensiv işdən sonra biz Buq çayı boyunca 280 milyon zloti (təxminən 75 milyon dollar - red.) dəyərində elektron baryeri quraşdırdıq", - nazirliyin mətbuat xidməti Polşa DİN rəhbərinin sözlərini sitat gətirib.

Kervinski əlavə edib ki, ümumilikdə Belarus ilə sərhəddə elektron baryerə və fiziki maneənin gücləndirilməsinə artıq 160 milyon dollardan çox vəsait xərclənib və investisiyalar davam etdiriləcək.

Nazirin sözlərinə görə, nəticədə sərhədi qanunsuz keçmə cəhdlərinin aşkarlanması səmərəliliyi 30%-dən demək olar ki, 98%-ə qədər artıb. Xatırladaq ki, 2022-ci ildə Polşa çaylardan keçən hissələr istisna olmaqla, Belarus ilə sərhədin bütün uzunluğu boyunca 186 km uzunluğunda və 5,5 m hündürlüyündə tikanlı məftilli polad hasar tikib. Daha sonra bu baryer gücləndirilmişdi. 2023-cü ilin yayında Polşa-Belarus sərhədinin quru hissəsində elektron baryerin quraşdırılması başa çatıb. Bura gecə görüntüsü kameraları, istilik görüntüsü kameraları, onlarla kilometr aşkarlama kabelləri daxil olmaqla elektron nəzarət sistemləri daxildir.

Chosen
22
3
ikisahil.az

4Sources