EN

Türkiyə döyüş təyyarəsi təlim uçuşu keçirib

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Qaradənizin beynəlxalq hava məkanına daxil olan hissəsində təlim uçuşuhəyata keçirib.

Trend xəbər verirki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb və uçuşa dairvideogörüntüləri də ictimaiyyətə təqdim edib.

Nazirliyin sosial şəbəkələrdə yaydığı açıqlamada bildirilir:
“Hərbi Hava Qüvvələrimizin döyüş təyyarəsi Qara dənizin beynəlxalqhava məkanında təlim uçuşu həyata keçirib.”

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu ilinmayın 27-də rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdənsonra verdiyi açıqlamada Qara dəniz regionunda təhlükəsizliyinAnkara üçün xüsusi əhəmiyyət daşıdığını vurğulamışdı.

Chosen
36
az.trend.az

1Sources