"Çelsi" klubu hücumçu Armando Broyanın transferi ilə bağlı "Börnli" ilə razılıq əldə edib.
90deqiqe.Az "BBC"yə istinadən xəbər verir ki, London təmsilçisi alban futbolçunun satışı qarşılığında 20 milyon funt sterlinq gəlir əldə edəcək. Broya yeni klubu ilə 2030-cu ilədək müqavilə imzalayacaq.
Hazırda 23 yaşlı hücumçu tibbi müayinədən keçmək üçün hazırlıqlar görür. "Börnli" ötən mövsüm Çempionşipdə ikinci yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb.
Xatırladaq ki, Broya ötən mövsüm icarə əsasında "Everton"da çıxış edib. O, "irisilər"in heyətində keçirdiyi 11 matçda məhsuldar göstərici ilə yadda qalmayıb.