EN

Lionel Messinin cangüdəni işindən kənarlaşdırılıb

"İnter Mayami"nin hücumçusu Lionel Messinin mühafizəçisi Yassin Çueko son matçda baş verən insidentə görə cəzalandırılaraq işindən kənarlaşdırılıb.

 
Moderator.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
 
İyulun 31-nə keçən gecə Liqa Kubokunun ilk turunda "İnter Mayami" Meksika "Atlas"ına 2:1 hesabı ilə qalib gəlib. Bu oyunda Messinin mühafizəçisi Çueko reqlamenti pozub. O, iki komandanın oyunçuları arasında yaranan mübahisəni yatırmaq üçün qarşılaşmadan sonra meydana girərək "Atlas"ın oyunçuları ilə fiziki təmas yaşayıb. Liqa Kubokunun Nizam-İntizam Komitəsi cangüdənin turnirin sonuna qədər arenada olmasına qadağa qoyub. Üstəlik, "İnter Mayami"yə cərimə tətbiq edilib.
 
Liqa Kuboku 2019-cu ildən ABŞ, Kanada və Meksika klubları arasında keçirilən turnirdir. Yarışda ilk üç yeri tutan komanda KONKAKAF Çempionlar Liqasına vəsiqə qazanır.
Chosen
23
2
moderator.az

3Sources