EN

Portuqaliyada ifrat istilər 264 nəfərin həyatına son qoydu

BAKI. 2 avqust. TELEQRAF

Portuqaliyanın Səhiyyə Baş İdarəsi (DGS) son bir həftədə ölkədə ifrat istilərdən 264 nəfərin öldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, hədsiz istilər, xüsusən də xroniki xəstəlikləri olan və 75 yaşdan yuxarı insanlar arasında ölümlərə səbəb olub.

Ölənlərin əksəriyyəti ölkənin şimal rayonlarının sakinləridir.

Portuqaliya hökuməti avqustun 3-7-də yeni isti dalğası və meşə yanğınları riski ilə əlaqədar "həyəcan vəziyyəti" elan edib.

Həddindən artıq istilər qonşu İspaniyaya da təsir edəcək. İspaniya Meteorologiya İnstitutu avqustun 3-dən 7-dək ölkənin altı bölgəsində (Əndəlüs, Kastiliya- Leon, Kastiliya-La-Mança, Ekstremadura, Qalisiya və Madrid) temperaturun 40 dərəcə selsidən çox olacağını açıqlayıb.

Chosen
12
teleqraf.com

1Sources