EN

Qərbi Balkan regionunda ABŞ ın tariflərindən ən çox Serbiya ilə Bosniya və Herseqovina zərər çəkəcək

ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın tətbiq etdiyi yeni gömrük rüsumları Qərbi Balkan regionunda ən çox Serbiya ilə Bosniya və Herseqovinaya mənfi təsir göstərəcək.

AZƏRTAC xəbər verir ki, Serbiya regionda 35 faizlə ABŞ-ın ən sərt ticarət tarifi ilə üzləşən ölkədir. Bosniya və Herseqovinaya isə 30 faiz tarif tətbiq ediləcək. 

Ümumilikdə Qərbi Balkan regionunun digər ölkələri ABŞ-ın 10-15 faiz arasında tariflərinə məruz qalıb. Şimali Makedoniyadan idxala qoyulan rüsumlar 33 faizdən 15 faizə endirilib. Monteneqro isə ABŞ-ın 10 faizlik tarifi ilə üzləşib.

Qeyd edək ki, yanvar-may aylarında Serbiyanın ABŞ-a ixracı ölkənin ümumi ixracının 2,2 faizini təşkil edib. Serbiyadan Birləşmiş Ştatlara ən çox ixrac edilən mallar təkərlər, silahlar, maşın hissələri, heyvan yemi, meyvə və mis olub. 

ABŞ Bosniya və Herseqovinanın ümumi xarici ticarətinin cəmi 1 faizini təşkil edir. Son 10 ildə iki ölkə arasında ticarət dövriyyəsi 71 faiz artıb.

Birləşmiş Ştatların yeni ticarət tarifləri avqustun 7-dən qüvvəyə minəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

2Sources