EN

Azərbaycan güləşçisi dünya çempionu oldu

Azərbaycan sərbəst güləşçisi Hüseyn İsmayılov Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

Azreform.info xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan İsmayılov finalda ABŞ təmsilçisi Arseni Kikinyova sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək dünya çempionu olub.

110 kq çəki dərəcəsində çıxış edən Hakim Tağıyev isə bürünc medal əldə edib. O, 3-cü yer uğrunda görüşdə bolqarıstanlı Stefan Stefanovu sonuncu xal prinsipinə əsasən (1:1) məğlub edib.

Chosen
19
17
azreform.info

10Sources