BAKI, 2 avqust. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında 100 illik tərəfdaşlıq haqqında sazişin ratifikasiyası barədə 0332 nömrəli qanun layihəsini Ali Radaya təqdim edib.
Teleqraf xəbər verir ki, müvafiq sənəd 2 avqust tarixində qeydiyyata alınıb.
Bu qanun layihəsinin təşəbbüskarının Zelenski olduğu bildirilir.