EN

16 yaşlı yeniyetmə Kürdə batdı


Salyan rayon sakini Kürdə batıb.

News24.az xəbər verir ki, hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində baş verib.

Salyan şəhər sakini, 2008-ci il təvəllüdlü Sahil Məcidov çayda çimən zaman boğulub. 

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu tərəfindən çıxarılaraq təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Oxu.az


Chosen
82
5
news24.az

10Sources