Bakı. Trend:
Formula-1 üzrə Macarıstan Qran-prisinin təsnifat mərhələsi başaçatıb.
Trend xəbər verirki, sıralanma turunun qalibi "Ferrari" komandasının pilotu ŞarlLekler olub. Monakolu sürücü əsas yarışa birinci sıradan startverəcək.
İkinci və üçüncü yerləri isə "McLaren" komandasının pilotlarıtutublar – Oskar Piastri ikinci, Lando Norris isə üçüncü yerdəqərarlaşıb.
Son dörd mövsümün çempionu, "Red Bull" pilotu Maks Ferstappenisə təsnifat mərhələsini yalnız 8-ci sırada tamamlayıb və yarışahəmin mövqedən başlayacaq.
Qeyd edək ki, bu il Macarıstan Qran-prisi tarixdə 40-cı dəfəkeçiriləcək.