EN

Rizvan Nəbiyev: Azərbaycan qazının Suriyaya ixracı İƏT in 4 üzvünü bir araya gətirir

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Qaz sektorunda olan bu əməkdaşlıq iki qardaş ölkəni yenidən bir araya gətirdi. Suriyaya qaz ixracı təkcə Azərbaycan və Türkiyə arasında olan əməkdaşlıq deyil, bu, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının 4 üzvünü bir araya gətirir".

Oxu.Az xəbər verir ki, bu sözləri Baku TV-yə açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

"Çünki burada Qətər və Suriyanı görürük. Sözügedən addım Azərbaycanın xarici siyasətində enerji məsələlərindən ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində necə istifadə edilməsinə bariz bir nümunədir", - deyə o bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan qazının Suriyaya ixracı nəticəsində adıçəkilən ölkənin 5 milyon əhalisinin enerji təchizatı yaxşılaşdırılacaq: "5 milyon əhali bundan sonra gündəlik 10 saat enerji qəbul edəcək. Suriyadakı bugünkü inkişaf təkcə Yaxın Şərq bölgəsində deyil, ümumilikdə Ərəb dünyasında və qlobal miqyasda diqqət mərkəzindədir".

Rizvan Nəbiyev: "Azərbaycan qazının Suriyaya ixracı İƏT-in 4 üzvünü bir araya gətirir"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
oxu.az

1Sources