Salyanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub.
Hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Salyan şəhər sakini, 2008-ci il təvəllüdlü Məcidov Sahil Mübariz oğlu çayda çimərkən boğulub.
Onun meyiti FHN-in qurumu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
APA
Tarix: 2 Avqust 2025, 19:45