EN

“Maliyyə əvvəldən danışılmışdı, hər şey qaydasında idi” Elmir Tağıyev Qırğızıstandan niyə əliboş döndü?

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Daha bir futbolçumuz karyerasını Qırğızıstanda davam etdirməyə yaxın idi. "Football-plus.az" xəbər verir ki, son mövsümü “Kəpəz”də keçirən yarımmüdifəçi Elmir Tağıyev Qırğızıstanın “Dordoy” klubuna transfer oluna bilərdi. Belə ki, klub futbolçu ilə maraqlanıb, Qırğızıstana da aparıb. Bəs nədən transfer reallaşmadı?“Football-plus.az” futbolçunun özü ilə əlaqə saxlayıb, suallara cavab axtarıb.- “Dordoy”la anlaşmışdın, hətta Qırğızıstana da getmişdin, lakin qayıtdın. Hansı səbəbdən? Maliyyə məsələlərində anlaşa bilmədin, yoxsa başqa problem oldu?- Düzdü, ora getmişdim. Maliyyə əvvəldən danışılmışdı, hər şey qaydasında idi. Komanda da indi çempionatda 2-ci yerdədi. Şərait xoşuma gəlmədi deyə, qayıtdım.- Nə xoşuna gəlmədi? Necə idi vəziyyət?- Əsas problem məşq etdikləri stadionla bağlıdı. Şəraiti yaxşı deyildi.- Sən də Qırğızıstana gedən başqa futbolçular kimi Qvanzav Maqomedovun vasitəçiliyi ilə getmişdin?- Yox, mənim menecerim başqadı.- “Kəpəz”dən ayrıldın. Təkliflərin var? - Xarici klublarla danışıqlar gedir.- Sirr deyilsə, hansı ölkənin klubları olduğunu deyə bilərsən?- Bunu mən də bilmirəm. Bir-iki komanda ilə danışıqlar gedir.MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
1
icma.az

2Sources