ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"2030-cu ilə qədər "Sea Breeze" 500 hektar ərazini əhatə edəcək".
Oxu.Az xəbər verir ki, bunu avqustun 2-də "Sea Breeze"ə təşkil olunan media-turda "Sea Breeze"in satış direktoru Ena-Kameliya Məlikova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, layihənin ikinci hissəsi 1 500 hektar ərazini əhatə edəcək:
"Bizim layihənin birinci mərhələsi 500 hektar ərazini, 700 kilometr dənizkənarı sahəni əhatə edir. Lakin digər layihəmizin sahəsi 1 500 hektar ərazini, 22 kilometr dənizkənarı sahəni əhatə edəcək. Bunun tam hazır olmasını 2035-ci ilə planlaşdırırıq. Bu günə kimi üç milyon kvadratmetrdən çox tikinti işləri görülüb. Yaxın iki il ərzində tikintinin həcmi beş milyon kvadratmetrə çatacaq. Buna həm yaşayış kompleksləri, həm infrastruktur obyektləri daxildir. Bizim şəhərciyimizdə, həmçinin məktəb var. Uşaqlar üçün hər bir şərait yaradılıb. Uşaq bağçaları, akvapark, sirk, lunapark var. Biz hər bir şeyi düşünürük ki, ilk növbədə bütün infrastruktur qurulsun.
Bizim çox gözəl və zəngin dənizkənarı məkanımız var. 50-60-dan artıq restoran, klub, barlar fəaliyyət göstərir. Hər zövqə uyğun obyektlər yaradırıq.
Burada 40 kv.m-lik mənzillərdən başlayaraq 2, 3, 4 yataq otaqlı mənzillərə qədər əldə edilə bilər. Böyük və kiçik fərdi yaşayış evləri və s. - hər kəsin öz zövqünə uyğun əmlakı buradan tapması mümkündür. Mənzilləri alaraq bizim şirkətin köməyi ilə kirayə vermək mümkündür. Bununla hər kəs sabit gəlir qazana bilər. Ən böyük brendləri biz buraya gətiririk. "Hilton", "Ritz Carlton Residences" kimi hotelləri buraya gətirməyi planlaşdırırıq".
E.K.Məlikovanın sözlərinə görə, "Sea Breeze"də təbii landşaftın yaradılmasına xüsusi önəm verilir. Hazırda yaşıllıq sahəsi 300 hektarı əhatə edir və burada 10 milyondan çox müxtəlif növ ağac və bitki mövcuddur. Gələcək planlara əsasən, ildə beş milyon ağac əkilməsi nəzərdə tutulur. Bitkilər hər gün əkilir: ərazidə küknar və palma ağacları, şam, zeytun, sərv, lavanda, evkalipt və yüksək oksigen ifraz edən çoxsaylı digər növlər yetişdirilir.
"Sea Breeze" rezidentləri üçün çimərlik klubu və fitnes zallarına giriş tamamilə pulsuzdur, bu da kurortun bütün imkanlarından məhdudiyyətsiz şəkildə yararlanmağa imkan verir. 2025-ci ilin yayında isə ərazidə Avstriya konseptinə əsaslanan tibbi kurort "CaspiMayr" istifadəyə verilib.
"Sea Breeze"də inşa olunmuş daşınmaz əmlak layihələrinə "Lighthouse", "The Grand", "White Villas", "White Residences", "Palazzo", "Park Residences", "Woodville", "Park Residences 2" daxildir. "Caspian Dream Liner", "Park Residences 3", "Palazzo Del Mare", "Prime Residence", "Skyline", "Palm Beach", "Marina Village", "Sky Park", "Halfmoon", "Lighthouse II", "Private Villas", "Dream Hotel", "Park Residences 3", "Gardens Residences" kimi layihələrin isə tikintisi davam edir.
Gələcəkdə inşası planlaşdırılan layihələrə "Five Stones", "Miami Residence", "Wave Residence", "Blue Waters", "YES Apartments", "Arabian Ranches", "Harbour Residence" aiddir.
Eyni zamanda, qarşıdakı zamanda "Five Stones" kompleksində yerləşəcək "Hilton Baku Sea Breeze" hotel kompleksi yaradılacaq. Tikintinin 2027-ci ildə tamamlanması planlaşdırılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.