EN

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti dəfə ərazilər tullantılardan təmizlənib -FOTO

“Təmiz ölkəm” devizi altında keçirilən təmizlik aksiyaları çərçivəsində 1 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin və sakinlərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində, Gəncəçayın Göygöl, Oğuz çayın Oğuz, Qusarçayın Qusar, Kür çayının Tovuz və Sabirabad rayonlarından keçən hissələrində, Ağdaş rayonu Yuxarı Qəsil, Şamaxı rayonu Qaleybuğurd, Bərdə rayonu Yeni Daşkənd, Kəlbəcər rayonu Boyaqlı kəndləri ərazisində, Astara şəhəri Səməd Vurğun küçəsində təmizlik aksiyaları keçirilib, ərazilər ümumilikdə 3.2 tondan artıq tullantıdan təmizlənib.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühiti təmiz saxlamaq, tullantıların düzgün şəkildə idarə olunmasını təşviq etmək, insanları təmizliyə və ətraf mühitə qarşı məsuliyyətli yanaşmağa yönəltməkdir.


Chosen
22
ekologiya.az

1Sources