EN

Qarabağ ı yıxan adam Zelinka bu dəfə Araz Naxçıvan üçün gəlir

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Miroslav Zelinkanı ölkəmizdə yaxşı xatırlayırlar. "Qarabağ"ı yıxan adam kimi qalıb yaddaşımızda. Çexiyalı hakim Avropa Liqasının 2014/2015 mövsümündə "Qarabağ"ın qrupdan çıxmasına əngəl olmuşdu. Bakıda "İnter"lə oyunumuzda təmiz qolumuzu saymamışdı, bununla da "Dnepr"ə yol açmışdı. 

Zelinka yenidən avrokubok təmsilçimizin oyununda iş başında olacaq. Bu dəfə ölkəmizə "Araz-Naxçıvan" üçün gəlir. Allaha çox şükür ki, baş hakim kimi yox, heç VAR hakimi də deyil. Zelinka AVAR olacaq "Araz-Naxçıvan"ın "Omoniya" ilə oyunda. 

Belə baxanda, Zelinkanın birbaşa nəticəyə təsir etmək imkanı azdır. Amma Hakimlər briqadasının Çexiyadan olduğunu nəzərə alsaq, həmyerlilərin fikirlərini qarışdıra bilər atmacalarıyla. Hər halda "təcrübəsi" hesabına müdaxilə etmək imkanları real görünür. Bizə sadəcə ümid etmək qalır ki, 10 il əvvəl "Qarabağ"ın başına açılanlar "Araz-Naxçıvan"la təkrarlanmaz. 

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Omoniya" oyunu avqustun 7-də, saat 20:00-da "Dalğa Arena"da keçiriləcək. 

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
1
sportal.az

2Sources